Yəməndə baş verən son hadisələr, 27 Mart 2022

Bazar 27 Mart 2022 - 23:24
https://az.iswnews.com/?p=3978

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Ənsarullah və Səudiyyə koalisiyası arasında əldə olunan razılaşmaya əsasən, 2223 nəfər əsir dəyişdiriləcək.

1- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullahın nəzarətində olan əraziləri 35 dəfə bombalayıb.
Bu hücumların təfərruatları belədir: Sənaa əyalətində 3 dəfə Səna şəhəri, 3 dəfə Sənhan şəhəri və bir dəfə Əl-Səbin şəhəri, 14 dəfə Əl-Hudəydə əyaləti, Səədə əyalətində 3 dəfə Səədə şəhəri, Kəhlan Şərqi bazası və Qətabir şəhərinin Aali Sabit məntəqəsi, Mərib əyalətində 2 dəfə Əl-Vadi şəhəri və bir dəfə Əl-Cəvbə şəhəri, Əl-Cəvf vilayətində 3 dəfə Əl-Yətmə qəsəbəsi, 3 dəfə Əl-Həzm şəhəri və Həccə vilayətində 2 dəfə Hərəz şəhəri.

2- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qırıcılarının Kəmran adasının Məkrəm kəndindəki tibb mərkəzinə endirdiyi hava hücumunda üçü uşaq olmaqla 6 nəfər yaralanıb.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 24 saat ərzində atəşkəs rejimini 185 dəfə pozub.

3- Yəmən Qurtuluş Hökumətinin Əsirlər Komitəsinin sədri “Əbdül Qadir Mürtəza”: Allahın yardımı ilə 2022-ci il martın 21-də Birləşmiş Millətlər Təşkilatı vasitəsilə əsirlərin dəyişdirilməsi haqqında razılaşma əldə olundu. Əsir mübadiləsi razılaşmasına əsasən, Yəmən ordusu və xalq komitələrinin 1400 əsiri, qarşı tərəfin 823 məhbusu o cümlədən, 16 Səudiyyə əsiri və 3 sudanlı əsir, üstəlik Nasir Mənsur Hadi (devrilmiş prezident Əbdrəbə Mənsur Hadinin qardaşı) və Mahmud əs-Səbihi müqabilində azad olunacaqlar.
Müqaviləyə əsasən, 29 mart əsir mübadiləsi mərhələsinin başlanğıcı olacaq.

4- Leonid Letotsky, Rusiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri:
Husilər (Ənsarullah) Səudiyyə Ərəbistanının Ciddə şəhərində mülki infrastruktura hücum edərək terrorçu mahiyyətlərini bir daha nümayiş etdirdilər. Bu hadisələr Rusiyanın Təhlükəsizlik Şurasının Ənsarullahı terrorçu adlandıran qətnaməni dəstəklədiyini açıq şəkildə düzgün olduğunu göstərir. Bu hücumları planlaşdıranlar və həyata keçirənlər üçün cinayət işi açılmalıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir