İşğal altındakı Fələstində ABŞ və Ərəb ölkələrinin görüşü baş tutub

Bazar 27 Mart 2022 - 11:37
https://az.iswnews.com/?p=3924

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi martın 27 və 28-də ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn xarici işlər nazirlərini qəbul edəcəyini açıqlayıb.

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Bəhreyn xarici işlər nazirləri İsrailin xarici işlər naziri Yair Lapidin dəvəti ilə İsrailin ev sahibliyi edəcəyi siyasi toplantıda iştirak edəcəklər.

Bu görüş bazar və bazar ertəsi (2022-ci il martın 7 və 8-i) işğal olunmuş Fələstində keçiriləcək. Bu görüşün əsas diqqət mərkəzində İrana qarşı siyasi-hərbi koalisiyanın yaradılması və müqavimət cəbhəsi və nüvə danışıqları ilə bağlı məsələlərdir.

Digər tərəfdən, ivrit dilli xəbər saytı Walla, Misirin xarici işlər naziri Sameh Şükrinin də görüşə qatılacağını iddia edib. İclasda iştirak etmək üçün İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə də danışıqlar aparılıb.

Qeyd edək ki, bu görüş Misir, İsrail və BƏƏ-nin yüksək rütbəli rəsmilərinin Misirin Şarm əl-Şeyx məntəqəsində keçirilən görüşündən bir neçə gün sonra baş tutur. İsrail xarici işlər naziri bu beş tərəfli görüşü tarixi bir görüş adlandırıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir