Əfqanıstanda Talibana qarşı iki silahlı qruplaşma öz mövcudluqlarını elan ediblər

Şənbə 26 Mart 2022 - 23:49
https://az.iswnews.com/?p=3822

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, “Ali Müqavimət Şurası” və “Həzarə Hərbi Cəbhəsi” adlı iki yeni qruplaşma Talibanla mübarizə məqsədi ilə Əfqanıstanda mövcud olduqlarını bəyan ediblər.

2022-ci il martın 25-də Əfqanıstanın İslami Cəmiyyət Partiyasının icraçı sədri Əta Məhəmməd Nurun başçılıq etdiyi “Ali Müqavimət Şurası” adlı silahlı qrup öz mövcudluğunu elan etdi. Qrup bəyan edib ki, məqsədi Talibanla mübarizədir.

Bu hadisə ilə eyni vaxtda “Həzarə Hərbi Cəbhəsi” adlı daha bir silahlı qrup Talibana qarşı mövcudluğunu elan etdi.
Qrup Əfqanıstan İslam Birliyi Partiyasının keçmiş lideri, şəhid “Əbdül Əli Məzarinin” ideyalarına əsaslanaraq təşkilatlanmasını və məqsədlərinin Talibanla mübarizə olduğunu bildirib.

Bunlar son aylarda Talibana qarşı varlıqlarını elan edən üçüncü və dördüncü silahlı qruplardır.
Bundan əvvəl “Əfqanıstan Azadlıq Cəbhəsi” və “Türküstan Azadlıq Pələngləri” silahlı qruplaşmaları 2022-ci ilin fevralında Taliban mövqelərinə qarşı partizan əməliyyatları keçirərək mövcud olduqlarını elan etmişdilər.
Əfqanıstanın dağlarında qışın başlaması və şiddətli soyuqların olması ilə Əfqanıstanda Taliban əleyhinə fəaliyyətlərin sayı artmaqdadır. Bu, zəif Taliban hökuməti ilə yanaşı, əfqan xalqının böyük narahatlığına səbəb olub və digər ölkələrə miqrasiyanı artırıb.

Daha çox oxuyun:

Taliban əleyhinə silahlı qruplar öz mövcudluqlarını elan etdilər

Video: Əta Məhəmməd Nur rəhbərlik etdiyi Ali Müqavimət Şurasının mövcudluğunu elan edir
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir