Əl-Şəbab qruplaşması Moqadişuda BMT-nin qərargahına hücum edib
Cümə axşamı 24 Mart 2022 - 22:20
https://az.iswnews.com/?p=3689
Somali televiziyası Əl-Şəbab terror qruplaşması ünsürlərinin Birləşmiş Millətlər Təşkilatının və ABŞ və Britaniya səfirlikləri də daxil olmaqla xarici nümayəndəliklərin yerləşdiyi Halan kompleksinə hücum etdiyini bildirib.
Əl-Şəbab deyir ki, ünsürlər Qərb nümayəndə heyətlərinin yerləşdiyi yaşayış kompleksinə daxil olub və bir neçə Somali əsgərini öldürüb.
Moqadişu hava limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
Somali polisi Moqadişu hava limanı yaxınlığında Somali ordusunun bazasına hücum etməyi planlaşdıran bir qrup silahlı ilə toqquşduğunu bildirib.
Rəy