Qəndəharda Pakistan Talibanının yüksək vəzifəli üzvünə sui-qəsd
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Təhrik-e-Taliban Pakistan (TTP) hərəkatının yüksək vəzifəli üzvü Həkim Səndehi Əfqanıstanın Qəndəhar əyalətində naməlum silahlı şəxslər tərəfindən güllələnərək ölüdürülüb.
Təhrik-e-Taliban Pakistanın (TTP) yüksək vəzifəli üzvü Həkim Səndehi, dünən 23 mart 2022-ci ildə Qəndəharın ikinci rayonunda iki naməlum motosikletçi tərəfindən güllələnərək öldürüldü. Sui-qəsd Qəndəharda Talibanın daxili problemlərə və hökumət kabinetinin dəyişməsinə dair sammiti ilə eyni vaxta təsadüf edib.
Hələlik heç bir şəxs və ya qrup sui-qəsdin məsuliyyətini üzərinə götürməyib. Lakin yerli media sui-qəsdin əsas şübhəlisi kimi İŞİD-i müəyyən edib.
Səndehi Pakistanın Pəncab şəhərinin sakini və keçmiş Laşkar-e-Changvi terror qruplaşmasının üzvü olub. Lashkar-e-Changvi-dən ayrıldıqdan sonra o, Təhrik-e-Taliban Pakistana (TTP) qoşuldu və daha sonra qrupun yüksək vəzifəli üzvü oldu.
Rəy