Neft qiymətinin artması səbəbi Ənsarullahın Səudiyyə Ərəbistanına son hücumlarıdır?
Ənsarullahın Səudiyyə Ərəbistanına qarşı son hücumları dünya neft qiymətlərindəki dəyişikliklərə təsir edib, lakin neft qiymətlərinin 3% dəyişməsinin yeganə səbəbi Ənsarullahın hücumları olduğunu düşünmək yanlış fikirdir və həqiqətdən uzaqdır.
Səudiyyə Ərəbistanının Enerji Nazirliyinin qeyri-rəsmi məlumatlarına görə, Ənsarullahın “Mühasirəni yarmaq 2” adlı son əməliyyatı nəticəsində Yanbu limanındakı neft emalı zavodu istehsalın miqdarını müvəqqəti olaraq azaldıb. Bu xəbər mətbuatda neftin qiymətinin 3% artmasını Ənsarullahın hücumları ilə əlaqələndirən qeyri-dəqiq təhlil və xəbərlərin dərc olunmasına səbəb olub.
Neftin qiymətini artıran amilləri bu cür sadalamaq olar:
1- OPEC Plus-ın hasilatının azaldılmasına dair razılaşma və OPEC Plus üzvlərinin hasilatı 130% artırmaq öhdəliyi.
2-Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi və Avropa Birliyi və ABŞ və bir neçə ölkənin Rusiya neftinə qarşı sanksiyalar tətbiq etməsi.
3- Dünyada korona epidemiyasının azaldılması və neftə tələbatın artırılması.
Bunlara diqqət etdikdən sonra İranın ABŞ-İsrail-Səudiyyə müttəfiqliyi ilə gərginliyi neftin qiymətinin qalxması ilə bağlı növbəti səbəb kimi dəyərləndirilə bilər. Səudiyyənin Şərq-Qərb neft kəməri gündə təxminən 7 milyon barel neft nəql etmək gücünə malikdir, lakin Yanbu neft emalı zavodunda qısa müddətdə hasilatın azalması neftin qiymətinin artmasına səbəb ola bilməz.
Ümumiyyətlə, Ənsarullahın Səudiyyə Ərəbistanına qarşı son hücumları dünya neft qiymətlərindəki dəyişikliklərə öz təsirini göstərsə də, neft qiymətlərinin 3% dəyişməsinin yeganə səbəbi Ənsarullahın hücumları olduğunu düşünmək yanlış fikirdir və reallıqdan uzaqdır.
Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 1” əməliyyatı ilə bağlı bəyanatı
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 2” əməliyyatı ilə bağlı bəyanatı
Rəy