Ənsarullah Səudiyyə koalisiyasının Ciddədəki mövqelərinə hava zərbələri endirib
Bazar ertəsi 21 Mart 2022 - 12:14
https://az.iswnews.com/?p=3522
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah ötən gecə Ciddə hava limanında Səudiyyə koalisiyasının mövqelərinə hücum edib.
2022-ci il martın 20-də ötən gecənin son saatlarında, Ciddə hava limanında uçuşlar ciddi şəkildə problemlərlə üzləşib. Buna Ənsarullahın hava hücumları səbəb olub və Səudiyyə koalisiyası Ciddə səmasında bir hədəfi (dron və ya raket) məhv etdiyini iddia edib.
Ənsarullah hələ ki, hücuma reaksiya verməyib.
Ənsarullahın Ciddədəki Səudiyyə koalisiyasının mövqelərinə keçmiş hücumlarını nəzərə alsaq, hücumda Ənsarullahın “Qüds 2” qanadlı raketləri və ya “Səmad 2 və 3” PUA-lardan istifadə etməsi mümkündür.
Daha çox oxuyun:
Yəmən Silahlı Qüvvələrinin “Mühasirəni Yarmaq 2” əməliyyatı ilə bağlı bəyanatı
Rəy