Ənsarullahın Səudiyyə koalisiyasının Səudiyyə Ərəbistanındakı mövqelərinə raket və dron hücumu + Şəkillər
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullah Səudiyyə koalisiyasının Xəmis Məşit, Cizan, Zəhran əl-Cənub və Yənbu şəhərlərindəki mövqelərinə bir neçə raket və kamikadze PUA-larla hücum edib.
Səudiyyə mediasının məlumatına görə, Ənsarullah Xəmis Məşitdəki qaz stansiyası, Zəhran əl-cənubda elektrik stansiyası, Yənbu limanındakı maye qaz zavodu, Şəqiqdə suyu şirin etmə zavodu və Cizandakı Aramco obyektinə azı 7 kamikadze dron və bir neçə raket ilə hücum edib.
Bu hücumlar nəticəsində obyektlərə ziyan dəyib və yandırılıb və Səudiyyənin yardım qüvvələri bu ərazilərdə yanğına və vəziyyətə nəzarəti öz üzərinə götürməyi iddia edib.
Bəzi yerli mənbələr Ciddə hava limanında daha bir hücumun baş verdiyini də iddia edib. Airbus A321-211, Boeing 777-3FG (ER), Boeing 787-9 Dreamliner, Airbus A321-211, Airbus A321-231, Boeing 777-368 (ER) təyyarələrinin uçuşunda ciddi təxirlər yarandığına görə demək olar ki, Ciddə hava limanı da Ənsarullahın hədəflərindən olub.
Rəy