Suriya prezidentinin BƏƏ-yə səfəri + Şəkillər
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Suriya prezidenti yüksək səviyyəli rəsmilərlə görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Martın 18-də Suriya prezidenti Bəşər Əsəd 11 ildən sonra BƏƏ-yə səfər edib və Suriyanın yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
BƏƏ-yə daxil olduqdan sonra Bəşər Əsədi Dubayın vəliəhd şahzadəsi qarşılayıb, daha sonra Dubayın vəliəhdi Həmdan bin Məhəmməd bin Raşid Aali Məktum, BƏƏ baş nazirinin müavini Mənsur bin Zayed Aali Nəhyan ilə görüşüb. Görüşdə BƏƏ Ali Şurasının Milli Təhlükəsizlik katibinin müavini Əli bin Həmmad Əl-Şamisi və Dubay Təhlükəsizlik Xidmətinin baş direktoru Təlal Həmid Bilhul Əl-Fəlasi iştirak ediblər.
Görüş zamanı iqtisadi və ticarət sahələrində ikitərəfli əməkdaşlığın artırılması kimi məsələlər müzakirə edilib. “Ümid edirəm ki, bütün Suriyada təhlükəsizlik və sülh bərqərar olacaq”.- Bin Raşid deyib.
Səfərdə Bəşər Əsədi xarici işlər naziri Feysəl əl-Miqdad, prezident aparatı sədri Mənsur Əzzam və Suriya xarici işlər nazirinin müavini Bəşər Cəfəri müşayiət edib.
Xatırladaq ki, 2021-cü il noyabrın 9-da BƏƏ xarici işlər nazirinin başçılıq etdiyi yüksək səviyyəli BƏƏ nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər etmişdir. BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Aali Nəhyan Suriya prezidentinə “BƏƏ hər zaman Suriya xalqını dəstəkləməyə hazırdır” demişdir.
Bu onu göstərir ki, BƏƏ-nin yüksək rütbəli rəsmiləri on ildən sonra əvvəlki yolu davam etdirməyin və Suriyaya qarşı düşmənçilik hərəkətlərinin onlara heç bir faydası olmadığı qənaətinə gəliblər və Suriya hökuməti ilə yeni əlaqələrə başlamalı olduqlarını anlayıblar.
BƏƏ xarici işlər nazirinin 2021-ci ilin noyabrında Suriyaya səfəri BƏƏ ilə Suriya arasında müxtəlif münasibətlərdə yeni bir fəslin başlanğıcı sayıla bilər.
Rəy