“Yəmən Fırtınası 2” əməliyyatının təfərrüatları
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında bu gün həyata keçirilən “Yəmən Fırtınası 2” əməliyyatının təfərrüatlarını açıqlayıb.
Dünən axşam və bu gün yanvarın 24-də səhər saatlarında keçirilən əməliyyatın təfərrüatlarını açıqlayan general Səri deyib:
Bu əməliyyat Səudiyyə-BƏƏ koalisiyasının hücumlarının artmasına və xalqımıza qarşı cinayətlərinə cavab olaraq həyata keçirilib. “Yəmən Fırtınası 2” əməliyyatı BƏƏ və Səudiyyə Ərəbistanının əsas məntəqələrini hədəf alıb. Bu əməliyyatda Əmirliyin paytaxtı Əbu Dabidəki Əl-Zəfra bazası və digər mühüm hədəflər çoxlu sayda Zülfiqar raketləri ilə hədəfə alınıb. Habelə Dubayda mühüm mövqelərə Səmad 3 PUA-ları vasitəsi ilə hücum oldu.
O, əlavə edib: Şərurə bölgəsinə (Səudiyyə Ərəbistanının cənubunda yerləşir) çoxlu sayda Səmad 1 və Qasif-K2 PUA-ları, Cizan və Əsir əyalətlərindəki həyati və həssas mövqelərə isə çoxlu sayda ballistik raketlərlə hücum olundu və bunların hamısı çox dəqiqliklə öz hədəflərini vurdular.
Yəhya səri, sonda Yəmən Silahlı Qüvvələri öz əməliyyatlarını növbəti dəfə daha ağır və düşmən hücumlarının qarşısında durmağa tam hazır olduğunu bildirərək vurğulayıb: BƏƏ-dəki xarici şirkətlərə və investorlara kiçik BƏƏ ölkəsini tərk etməyi tövsiyə edirik; Çünki bu ölkə təhlükəsiz bir ölkəyə çevrilib. Yəmən xalqına hücumları və mühasirəni davam etdirdiyi müddətcə BƏƏ-yə hücumlar davam edəcək.
Qeyd edək ki, bu, Ənsarullahın son günlər Birləşmiş Ərəb Əmirliklərinə qarşı ikinci raket və PUA əməliyyatıdır. Ənsarullah “Yəmən Fırtınası 1” əməliyyatı zamanı Əbu-Dabidəki BƏƏ mövqelərini hədəfə almışdı və bu hücum Əl-Musəffəh bölgəsində böyük yanğınla və 9 nəfərin ölümü və yaralanması ilə nəticələnmişdir.
Daha çox oxuyun:
Ənsarullah BƏƏ-yə raketlərlə hücum edib + Video – İslam Dünyası Xəbərləri
Yəmən Silahlı Qüvvələri BƏƏ-yə qarşı “Yəmən Fırtınası” əməliyyatının təfərrüatlarını açıqlayıb
Rəy