Ənsarullah Hərəz şəhərinin qərbində əməliyyat keçirib + Xəritə və Şəkillər
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Həccə əyalətinin şimal cəbhəsində Ənsarullah ilə Səudiyyə koalisiyası arasında baş verən qarşıdurmalardan sonra Hərəz şəhərinin qərbində yerləşən 54 km-lik ərazi Ənsarullahın nəzarətinə keçib.
Həccənin şimal cəbhəsindən alınan son xəbərlərə görə, Ənsarullahın Hərəz şəhərinin qərb cəbhəsindəki əməliyyatı iki gün davam edib və bu müddət ərzində Ənsarullah döyüşçüləri Əl-Rakib, Əl-Əsilə, Bəni Əvid, Əl-Əvariz, Bəni Qəras, Əl-Əzir, Əl-Umriyyə kəndlərini Səudiyyə koalisiyası nəzarətindən azad etməyə nail olublar. Bu ərazilər Hərəz şəhərinin qərbində və Midi şəhərinin şimal-şərqində yerləşir və ərazisi 54 kvadrat kilometrdir.
“Ənsarullah” mediasının məlumatına görə, əməliyyat zamanı 500-dən çox Səudiyyə koalisiya qüvvələri öldürülüb və yaralanıb. 15 Səudiyyə əsgərinin və 80-dən çox sudanlı muzdlu əsgərin cəsədi müəyyən edilib.
Ənsarullah bundan əvvəl bu il fevralın 14-də Səudiyyə koalisiyası tərəfindən Hərəz şəhərinin mühasirəsini qırmağa nail olmuşdu. Hərəz Yəmənin şimal-qərbində güclü və strateji bazadır və Ənsarullah Səudiyyə koalisiyasını uzaqlaşdırmaq üçün Cizan əyaləti ilə həmsərhəd olan bitişik əraziləri təmizləməlidir.
Daha çox oxuyun:
Səudiyyə koalisiyasının Hərəz şəhərindəki əməliyyatı niyə uğursuz oldu? Xəritə + Video
Rəy