Amerika işğalçılarının İraqdakı lojistika karvanlarına hücum

Çərşənbə axşamı 15 Mart 2022 - 12:56
https://az.iswnews.com/?p=3077

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Bəsrə və əl-Müsənna əyalətlərində amerikalı işğalçıların lojistika karvanlarına müqavimət dəstələri hücum edib.

“İslam Dünyası Xəbərləri” mərkəzinin araşdırmasına əsasən, bu, İraq müqavimət dəstələrinin 2021-ci il martın 21-dən ABŞ-ın maddi-texniki mövqeləri və kolonlarına etdiyi 262-ci hücumdur.
Bunlardan 12-si Bəsrə vilayətində və 20-si isə əl-Müsənna vilayətində amerikalı işğalçıların karvanlarına və mövqelərinə qarşı həyata keçirilib.

İraqın “Kətibə əs-Sabiqun” müqavimət dəstəsi video yayımlayaraq, Bəsrə vilayətindəki amerikalı işğalçıların lojistika karvanına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Daha çox oxuyun:

İnfoqrafik: İraq müqavimət dəstələri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir