İmran Xan Avropaya xitabən: Bəyəm biz sizin qullarınızıq?
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İmran Xanın Avropanın tələbini rədd etməsindən və Pakistanın Ukrayna müharibəsində neytral mövqeyindən sonra Pakistandakı qərbyönlü siyasi hərəkatlar hökumətə qarşı geniş etiraz aksiyaları keçiriblər.
Martın 2-də BMT Baş Assambleyasının fövqəladə iclasından əvvəl Avropa ölkələri müxtəlif ölkələrin, o cümlədən Pakistanın nümayəndələrinə təhdid mesajları göndərərək, onları Rusiyanın əleyhinə səs verməyə çağırıb.
İmran Xan bu təzyiqlərdən sonra Avropa ölkələrinə müraciət edib: “Biz sizin qullarınızıqmı ki, siz nə deyirsiniz biz onu edək? Hindistan işğal olunmuş Kəşmir qanununu pozan zaman aranızdan Hindistanla ticarət və əlaqələri kəsən varmı?
Bizim ABŞ, Rusiya, Çin və Avropa ilə dostluq münasibətlərimiz var, heç bir bloka daxil olmayacağıq, çünki bizim mövqeyimiz neytrallığa əsaslanır və müharibəni dayandırmaq üçün bütün ölkələrlə işləməyə çalışacağıq”.
Yekunda 141 lehinə, 5 əleyhinə və 35 bitərəf olmaqla qətnamə qəbul edilib. Qətnamədə dinc əhali üçün Ukraynadan xarici ölkələrə təhlükəsiz dəhlizlərin yaradılması, humanitar yardımların çatmasının asanlaşdırılması və Rusiya qoşunlarının Ukraynadan çıxarılması tələb olunurdu.
Amma neytral mövqe tutmaq Pakistan kimi ölkələr üçün ucuz başa gəlməyib və ölkədə qərbyönlü siyasi partiyalar və hərəkatlar İmran Xan hökumətinə qarşı genişmiqyaslı nümayişlər keçiriblər. Müxalifət İmran Xanın hökumətinin devrilməsini və Pakistanın baş naziri vəzifəsindən istefasını tələb edir.
Şübhəsiz ki, neytral və müxalifət ölkələrində Qərbin yaşıl işığı ilə belə hərəkətlər həyata keçirilir. Bu illər ərzində onlar dövlət çevrilişləri, məxməri inqilab, siyasi və iqtisadi təzyiqlər daxil olmaqla, hökumətlərə təzyiq göstərmək üçün müxtəlif taktikalardan istifadə ediblər.
Rəy