Livanın cənubunda Kətaib əl-Qəssam komandirlərindən biri şəhid olub
Livandakı Kətaib Əl-Qəssamın yüksək rütbəli komandirlərindən Əbu Xalid kimi tanınan Xəlil Hamid Xərraz ötən gün İsrail ordusunun dron hücumu nəticəsində şəhid olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, keçən noyabrın 21-də Livanın cənubundakı Sur şəhərinin cənub bölgələrinin səmasına nüfuz etdikdən sonra İsrail ordusunun hücumçu dronu Əl-Şaitiyyə və Əl-Maliyyə bölgələri arasında yolda bir pikap maşınına hücum edib.
Yerli mətbuatın məlumatına görə, bu avtomobil hücumu nəticəsində 4 nəfər şəhid olub.
Hücumun növü və yerinə görə qiymətləndirildiyi kimi, bu hücum mühüm sui-qəsd idi və bu sui-qəsd zamanı Şəhid İzzəddin Əl-Qəssam Batalyonlarının Livan bölməsinin komandirlərindən biri olan Əbu Xalid cihadçı adı olan Xəlil Hamid Xərraz Sur şəhərinin cənubunda yerləşən Əl-Rəşidiyyə düşərgəsində şəhid olub.
Kətaib əl-Qəssam da Xəlil Hamid Xərrazın şəhadətini təsdiq edən bəyanat yayıb və onun hərəkətlərini izah edərkən bu şəhidin Fələstinin daxilində və xaricində müqavimətə dəstək verməkdə cihadçı roluna işarə edib.
Rəy