Hərirdə Amerika işğalçılarına hücum olub + FOTO

Çərşənbə 22 Noyabr 2023 - 21:37
https://az.iswnews.com/?p=28488

Hərir hava limanındakı Amerika hərbi mövqeləri İraq müqavimət qruplarının dron hücumu ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 22-də Ərbilin şimal-şərqində yerləşən Hərir hava limanında amerikalı işğalçıların mövqeləri müqavimət qruplarının dron hücumları ilə hədəfə alınıb.

Bu hücumdan saatlar sonra İraq İslami Müqaviməti Hərir hava limanında amerikalı işğalçıların mövqelərinə hücumun məsuliyyətini öz üzərinə götürərkən bir bəyanat yayaraq, hücumun dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin hesablamasına görə, bu, İraq müqavimət qruplarının Amerika ordusunun Ərbil vilayətindəki mövqelərinə son həftələrdə 15-ci hücumudur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir