Hizbullah raketləri İsrailin Biranit bazasını məhv etdi! + VİDEO

Bazar ertəsi 20 Noyabr 2023 - 15:50
https://az.iswnews.com/?p=28428

Bu gün səhər saatlarında Hizbullah qüvvələri işğal altındakı Fələstinin şimal sərhəd bölgələrindəki Biranit bazası və 91-ci diviziyanın komanda mərkəzinə iki ağır Burkan raketi ilə hücum edib və onları dəqiqliklə vurub.

Şübhəsiz ki, bu hücum Hizbullahın İsrail mövqelərinə həyata keçirdiyi ən ağır hücumlardan biridir və əminliklə demək olar ki, İsrailin sərhəd bazalarında belə bir dağıntı müşahidə olunmayıb.

Bu zərbənin əhəmiyyəti ona görə aydındır ki, Biranit bazası İsrail ordusunun 91-ci diviziyasının qərargahı və sionistlərin işğal olunmuş Fələstinin şimalındakı ən qədim bazalarından biridir. 33 günlük müharibə və son bir ayda baş verən qarşıdurmalar zamanı bu baza Hizbullahın raket və artilleriyası ilə də hücuma məruz qalmışdı, lakin indiyədək belə bir zərbə almamışdı. Biranit işğal altındakı Sasa və Natua şəhərlərindən bir kilometr məsafədə yerləşir və onun dağıdılması və ya ziyan görməsi müqavimət qüvvələrinin bu iki sərhəd bölgəsinə asanlıqla daxil olması deməkdir.

Hizbullahın Burkan ağır raketlərinin İsrail ordusunun Biranit bazasındakı mövqelərini vurduğu an (1)
Hizbullahın Burkan ağır raketlərinin İsrail ordusunun Biranit bazasındakı mövqelərini vurduğu an (2)

Hizbullah rəsmiləri və mediasının açıqlamalarına görə, “Burkan” raketinin çəkisi 300-500 kq arasında dəyişir, uçuş məsafəsi isə təxminən 5 km-dir. Bu raketin partlama həcmi ağır döyüş başlığına görə çox yüksəkdir və onların hər birinin partlaması və vurulması İsrailin sərhəd bazalarında ağır dağıntılara səbəb olur. Bu raket ilk dəfə noyabrın 4-də Livanın cənubundakı münaqişələrə daxil olub və İsraili bir neçə dəfə vurub.

Hizbullahın raket hücumundan sonra Biranit bazasının vəziyyəti (1)
Hizbullahın raket hücumundan sonra Biranit bazasının vəziyyəti (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir