Yəmən silahlı qüvvələrinin yeni xəbərdarlığı; Ənsarullahın İsrailə qarşı dəniz müharibəsi başlayır

Bazar 19 Noyabr 2023 - 15:51
https://az.iswnews.com/?p=28417

Yəmən silahlı qüvvələri bəyanat yayaraq, İsrail gəmilərinə və sionist şirkətlərə bağlı olanlara hücum edəcəklərini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri rəsmi açıqlama verərək, Yəmən xalqının tələblərinə cavab olaraq, dini, milli və mənəvi məsuliyyətə əsaslandığını bildirib. Eləcə də Yəmənin İsrail və Amerika Qəzza zolağına qəddar təcavüzünə qarşı hərbi əməliyyatlarına uyğun olaraq, İsrail gəmilərinə və onlara bağlı şirkətlərə hücum edəcək.

Briqada generalı Səri daha sonra əlavə edib: “Sionist rejimin bayrağı daşıyan gəmilər, İsrail şirkətlərinə məxsus gəmilər və israillilərin idarə etdiyi gəmilər Yəmən silahlı qüvvələrinin hərbi hədəfləridir”.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin dünyanın bütün müxtəlif ölkələrini öz vətəndaşlarının və işçilərinin bu gəmilərə daxil olmasının qarşısını almağa və onlarla yük daşımaqdan çəkinməyə çağırıb. Həmçinin, digər ölkələrin gəmiləri onlara hücumun nəticələrindən qaçmaq üçün İsrail gəmilərindən qaçmalıdır.

Yəmən silahlı qüvvələrinin İsrail gəmilərinə qarşı rəsmi xəbərdarlığının elanı bu qüvvələrin indiyədək işğal olunmuş Fələstinin cənubunda İsrail mövqelərinə qarşı 9 rəsmi raket və dron əməliyyatı həyata keçirdiyi bir vaxta təsadüf edir. Bu bəyanat Fələstin-İsrail müharibəsində yeni bir hadisədir və müqavimət qüvvələrinin İsraillə dəniz müharibəsinin başlanğıcı sayıla bilər. Qırmızı dəniz və Bab Əl-Məndəb boğazı İsrail gəmiləri üçün əsas marşrutlardan biridir və onun təhlükəsizliyi Netanyahunun kabinetinə əhəmiyyətli iqtisadi təzyiq göstərə bilər. Bu gəmilərin Amerika donanması və Səudiyyə koalisiyası tərəfindən müşayiət olunması, həmçinin İsrail gəmilərinin Aralıq dənizinə doğru istiqamətinin dəyişdirilməsi sionistlərin Ənsarullahın dəniz təhdidlərinə qarşı gözlədiyi tədbirlərdəndir.

Ənsarullahın İsrail gəmilərinə qarşı raket və dron hücumları həyata keçirilərsə, Amerika qüvvələri ilə qarşıdurma ehtimalı var. Amerika hərbi rəsmiləri daha əvvəl Ənsarullahın İsrailə qarşı hərəkətləri, xüsusən də Amerikanın MQ-9 dronunun məhv edilməsi zamanı xəbərdarlıq etmişdilər, lakin bu xəbərdarlıqlar hələlik Yəməndə qarşıdurma və ya Amerika hərbi hücumuna səbəb olmayıb.

Daha ətraflı: Yəmən və İsrail arasında müharibə; Tədbirlər və məhdudiyyətlər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir