Qəzza zolağının şimalındakı son hərbi vəziyyət, 18 Noyabr 2023 + XƏRİTƏ

Şənbə 18 Noyabr 2023 - 23:57
https://az.iswnews.com/?p=28399

Qəzza şəhəri və Qəzza zolağının şimalındakı cəbhələrdə son hərbi vəziyyətin araşdırılması

  • Fələstin müqavimət qrupları ilə sionist rejim arasında atışma Qəzzə şəhərinin şimalında Əl-Rimal, Əl-Şeyx Rizvan və Əl-Təvvam cəbhələrində davam edir.
  • Qəzza şəhərinin cənub-qərbindəki Əl-Zeytun və Təll Əl-Hava bölgələrinə hücumların intensivliyi artıb. Son cəbhə məlumatlarına görə, İsrail qüvvələri sözügedən cəbhələrdə irəliləyişlər əldə edib. Görünən odur ki, İsrail hərbçiləri artilleriya və hava dəstəyi ilə bu ərazilərdə irəliləmək və yeni mühasirə zərfi yaratmaq niyyətindədir. Digər tərəfdən, bu gün sionist rejimin işğalçı ordusu da quru əməliyyatlarının bütün bölgələrə və cəbhələrə, xüsusən də Cəbəliyə və Əl-Zeytun bölgələrinə çatdığını açıqlayıb.
  • İsrail qüvvələri Beyt Lahiya və Beyt Hanun cəbhələrində yavaş-yavaş irəliləyir. Hazırda İsrail işğalçı qüvvələri Beyt Hanun şəhərinin təxminən 70%-nə nəzarət edir.
  • Bu gün Saraya Əl-Qüds döyüşçüləri Beyt Hanun və Beyt Lahiyanın qərbində İsrail işğalçıları ilə döyüşlər zamanı bir buldozer və iki İsrail tankını RPQ zərbələri ilə hədəfə alıblar. Bu hücumlar göstərir ki, İsrail ordusunun Qəzzadakı müqavimət mövqelərinə qarşı geniş və davamlı hücumlarına baxmayaraq, fələstinli qruplar güclərini və hərbi strukturlarını qoruyub saxlamaqda böyük ölçüdə uğur qazanıblar.
  • Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Əl-Məmədani xəstəxanasının İsrail əsgərləri tərəfindən mühasirəyə alınması artıq üçüncü gündür ki, davam edir. Xəstəxananın ətrafındakı ərazilər intensiv hava bombardmanlarının şahidi olur və quru döyüşləri də davam edir.
  • Maraqlı məqam isə Kətaib Əl-Qəssamın işğal olunmuş ərazilərə və sionist hərbçilərə raket və dron hücumlarının davam etməsidir. Bu hücumlar İsrail hava təchizatlarının bombardmanları və casus dronlarının 24 saat Qəzza zolağının müxtəlif əraziləri üzərində uçuşu zamanı həyata keçirilir.

Daha ətraflı: Qəzza zolağının şimalında son hərbi vəziyyət; İsrail qüvvələri Əl-Məmədani xəstəxanasına çatıb + XƏRİTƏ

Qəzza zolağının şimalındakı son hərbi vəziyyət – tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir