Hərirdə Amerika işğalçılarına hücum olub + FOTO

Bazar 19 Noyabr 2023 - 09:54
https://az.iswnews.com/?p=28396

Hərir hava limanındakı Amerika hərbi mövqeləri İraq müqavimət qruplarının dron hücumu ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 19-da müqavimət qrupları tərəfindən Ərbilin şimal-şərqində yerləşən Hərir hava limanında amerikalı işğalçıların mövqeləri dron hücumu ilə hədəfə alınıb.

Bu hücumdan saatlar sonra İraq İslami Müqaviməti Hərir hava limanında amerikalı işğalçıların mövqelərinə hücumun məsuliyyətini öz üzərinə götürərkən bir bəyanat yayaraq, hücumun bir dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin hesablamalarına görə, bu, İraq müqavimət qruplarının son həftələrdə Ərbil vilayətində Amerika ordusunun mövqelərinə etdiyi 13-cü hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir