İsrailin Hermes 450 dronu Livanın cənubunda məhv edilib + VİDEO

Şənbə 18 Noyabr 2023 - 20:39
https://az.iswnews.com/?p=28390

Livan Hizbullahı bəyanat yayaraq, işğal olunmuş Fələstinin şimalında İsba Əl-Cəlil bölgəsinin səmasında sionist rejimin “Hermes 450” dronunu vurduğunu elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 18-də Livan Hizbullahı bəyanat yayaraq, bu gün səhər saat 01:45-də (yerli vaxtla) İsrailə məxsus Hermes 450 dronunun yer-hava raketi ilə İsba Əl-Cəlil səmasında vurduğunu bildirib.

Saatlar sonra Hizbullah Hermes 450-nin hədəf alındığı videonu yayımladı və bu, dronun böyük ehtimalla 358 qanadlı raketlə vurulduğunu göstərir.

Qeyd edək ki, “Hermes 450” dronu cənub sərhədlərində Hizbullah döyüşçülərinin mövqelərinin və səhra hərəkətlərinin müəyyən edilməsində təsirli və çox mühüm rol oynayır və bu ərazilərdə 24 saat və çoxlu sayda fəaliyyət göstərir.

Hizbullah tərəfindən İsrailə məxsus dronun vurulmasının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir