İŞİD tərəfindən zəkatın kriptovalyuta ilə ödənilməsi
İŞİD terror qruplaşmasının bəzi tərəfdarları zəkatlarını İŞİD-ə məxsus bəzi virtual məkanlarda QR dəsti vasitəsilə Monero kriptovalyutası şəklində ödəyirlər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bu qruplaşmaya aid virtual məkanlardan birində İŞİD terror qruplaşmasının tərəfdarlarından bir qrup kriptovalyuta və həmin saytda quraşdırılmış QR vasitəsilə məcburi zəkatlarının ödənilməsi ilə bağlı suallar verib.
Bu suala cavab olaraq İŞİD üzvlərindən biri İŞİD-ə məxsus saytlara kriptovalyuta vasitəsilə vacib zəkat verilməsini caiz hesab edərək, zəkat saytının məsullarının sizin zəkatınızı mücahidlərə çatdıracağını bildirib.
Bu qrup İŞİD tərəfdarları, öz şəhərlərinin və ölkələrinin yoxsullarının Məhəmməd bin Əbdül Vəhhab tərəfindən müəyyən edilmiş bəzi “İslam qüsurlarından” əziyyət çəkdiklərinə inandıqları üçün sərvətlərinin zəkatını şəhər və ölkələrinin yoxsullarına verməkdən imtina ediblər.
Qeyd edək ki, İŞİD-in fəaliyyətinin ən qızğın vaxtında on dörd məhkəməsi var idi ki, onlardan biri Zəkat Məhkəməsi adlanırdı. Bu məhkəmənin vəzifəsi zəkat verməyə borclu olanlardan zəkat toplamaq idi. Bu məhkəmə həm də kasıblar arasında zəkat məbləğlərinin bölüşdürülməsinə cavabdeh idi. İŞİD işğal etdiyi bütün torpaqları itirdikdən sonra zəkat divanı da daxil olmaqla, əksər divanları da bağlanıb.
2015 və 2016-cı illərdə fəaliyyətinin ən qızğın çağında İŞİD Suriya və İraqda 30 milyon dollara yaxın zəkat əmlak paylayıb.
2016-cı ildə dərc olunan infoqrafikada Amaq xəbər agentliyi İŞİD-in İraqda 15,4 milyon dollar, Suriyada isə 14,2 milyon dollar payladığını bildirib.
Bu arada, Neynəva vilayətinin (Mosul) zəkat bölgüsündə payı 12 milyon dollar qiymətləndirilirdi ki, bu da İŞİD-in digər əyalətlərindən çox uzaqda idi. Zəkat Məhkəməsi də Ənbar vilayətində 2,1 milyon dollar, Səlahəddin vilayətində 730 min dollar və Kərkük vilayətində 530 min dollar pul paylayıb.
Suriyada 2015-2016-cı illər arasında paylanan zəkat məbləği belədir:
Hələb vilayətində 6 milyon dollara yaxın, Rakka vilayətində 5,1 milyon dollar və Əl-Xeyr (Deyr əz-Zor) əyalətində 2,3 milyon dollar, Homs vilayətində 340 min dollar, Həma vilayətində 220 min dollar, Əl-Barakədə (Həsəkə) 80 min dollar və Şam vilayətində 60 min dollar.
Qeyd edək ki, İŞİD-in Qərbi Afrika əyaləti bu gün Nigeriyanın şimal-şərqində və Çad gölü hövzəsində bəzi kəndlərə nisbi nəzarəti olduğunu nəzərə alaraq, özünün Zəkat ofisini açıb və insanlardan zəkat toplayıb bu zəkatı paylayır.
Rəy