İsrail ordusu: Əl-Şəfa xəstəxanasında əl-Qəssam tuneli aşkarlandı! + FOTO

Şənbə 18 Noyabr 2023 - 16:57
https://az.iswnews.com/?p=28379

Sionist rejim Ordusu şəkilləri dərc etməklə Qəzzada Əl-Şəfa xəstəxanası yaxınlığında Kətaib əl-Qəssama aid tunellərdən birini aşkarladığını iddia edib.

Bundan əvvəl sionist rejim HƏMAS-ın hərbi qolu olan Kətaib Əl-Qəssamın qərargahının Əl-Şəfa xəstəxanasında yerləşdiyini və israilli əsirlərin bu xəstəxananın altındakı tunellərdə saxlanıldığını iddia etmişdi. İsrail ordusu bu yalan iddiaya əsaslanaraq Qəzza xəstəxanalarını qanuni hərbi hədəflər elan edib.

Bu iddianı irəli sürdükdən sonra Birləşmiş Millətlər Təşkilatının Human Rights Watch təşkilatı elan etdi: “İsrailin Əl-Şəfa Xəstəxanasından indiyə qədər təqdim etdiyi dəlillər kifayət deyil. Xəstəxanalar beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi müdafiəyə malikdir. Həkimlərə, tibb bacılarına, təcili yardım maşınlarına və digər xəstəxana işçilərinə öz işləri ilə məşğul olmağa icazə verilməli, hədəfə alınmamalı, xəstələr qorunmalıdır”.

Həmçinin BBC və Fox News müxbirləri İsrail əsgərləri ilə birlikdə son günlər Əl-Şəfa xəstəxanasını ziyarət ediblər. Bu müxbirlər bir neçə fərdi silah, bir neçə qumbara, jurnal və gülləkeçirməz jiletdən başqa heç nə görmədiklərini bildirdilər; Buna baxmayaraq, İsrail ordusu qeyri-insani hərəkətlərinə haqq qazandırmaq üçün saxta iddiasında israrlıdır!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir