Hərirdə Amerika işğalçılarına hücum olub + FOTO və VİDEO

Cümə 17 Noyabr 2023 - 15:15
https://az.iswnews.com/?p=28358

Hərir hava limanındakı Amerika hərbi mövqeləri İraq müqavimət qruplarının dronları ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 17-də Ərbilin şimal-şərqində yerləşən Hərir hava limanında amerikalı işğalçıların mövqeləri müqavimət qrupları tərəfindən dron hücumu ilə hədəfə alınıb.

Bu hücumdan saatlar sonra İraq İslami Müqaviməti Hərir hava limanında amerikalı işğalçıların mövqelərinə hücumun məsuliyyətini öz üzərinə götürərkən bir bəyanat yayaraq, hücumun dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin hesablamasına görə, bu, İraq müqavimət qruplarının son həftələrdə Ərbil vilayətində Amerika ordusunun mövqelərinə etdiyi on ikinci hücumdur.

İraq İslam Müqaviməti dronlarının Hərirdəki Amerika bazasına hücumunun videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir