Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsi nəhayət ki, təsdiqləndi

Cümə axşamı 16 Noyabr 2023 - 11:47
https://az.iswnews.com/?p=28330

40 günlük Fələstin müharibəsi və sionist rejimin Qəzza zolağında törətdiyi çoxsaylı cinayətlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qəzza zolağında müvəqqəti atəşkəs haqqında qətnaməni təsdiqləyib.

Bu qətnamə Maltanın təklifi və 12 ölkənin müsbət səsi və daha üç ölkənin Qəzzada münaqişələrin humanitar dayandırılması üçün Təhlükəsizlik Şurasının üzvlərindən bitərəf qalması ilə təsdiqlənib.

Bu qətnaməyə əsasən, Qəzzada müvəqqəti humanitar atəşkəs yaradılmalı və bu ərazidə müxtəlif marşrutlarda təhlükəsiz keçidlər müəyyən edilməlidir. Həmçinin Fələstin müqavimət qrupları Qəzza zolağındakı bütün girov və məhbusları azad etməlidir.

Qeyd edək ki, bu qətnamədə atəşkəsin müddəti göstərilməyib və münaqişə tərəflərinin razılığı ilə uzadıla bilər. Həmçinin, fələstinli əsirlərin azadlığa buraxılması və fələstinlilərin hüquqlarının tanınmasından bəhs edilmir.

Bu qətnamənin təsdiqi Fələstində müharibənin başlamasından və sionist rejimin Qəzzədəki qeyri-insani və qeyri-ənənəvi hərəkətlərindən, atəşkəsin yaradılması və humanitar yardım göndərilməsi üçün Rusiya və Braziliyanın təklif etdiyi iki qətnamədən 40 gün keçdiyi bir vaxtda edilir.

Daha çox oxuyun:
Təhlükəsizlik Şurası Rusiyanın Qəzza zolağında atəşkəs üçün təklif etdiyi qətnaməni təsdiqləməyib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir