Yəmən silahlı qüvvələrinin İsrailə qarşı səkkizinci rəsmi əməliyyatı + VİDEO

Çərşənbə 15 Noyabr 2023 - 13:26
https://az.iswnews.com/?p=28318

Yəmən qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri işğal altındakı Fələstində İsrailin mövqelərini hədəf alan 8-ci raket və pilotsuz təyyarə əməliyyatının bəyanatını açıqlayıb.

Briqada generalı Səri bu açıqlamada deyib:
“Biz işğal olunmuş Fələstin ərazilərində İsrail düşməninin müxtəlif hədəflərinə, o cümlədən Umm ər-Rəş (Eilat) bölgəsindəki həssas hədəflərə bir dəstə ballistik raket atdıq. Bu əməliyyat pilotsuz təyyarələrlə eyni hədəflərə qarşı həyata keçirilən növbəti hərbi əməliyyatdan 24 saat sonra həyata keçirilib.

Biz Qırmızı dənizdə istənilən İsrail gəmisi ilə müvafiq rəftarla bağlı verilən əmrləri yerinə yetirmək üçün bütün əməli tədbirlərə başlamışıq.

Bu bəyanatın açıqlandığı andan silahlı qüvvələr Qırmızı dənizdə və ya hədəf ala biləcəyimiz istənilən İsrail gəmisinə hücum etməkdən çəkinməyəcək və dediklərimizə Allah şahiddir.

İsrailin Qəzzada igid qardaşlarımıza qarşı təcavüzü dayandırılmayana qədər Yəmən silahlı qüvvələrinin İsrail düşməninə qarşı əməliyyatı dayanmayacaq”.

Video noyabrın 14-də günorta saatlarında Ənsarullahın pilotsuz təyyarəsinin Eylat şəhərində İsrail mövqelərinə hücumu nəticəsində yaranan tüstünün yayılması ilə əlaqələndirilir.
Noyabrın 14-ü axşam saatlarında Eylatda Ənsarullahın raket hücumu və İsrailin müdafiə sistemləri qarşı-qarşıya gəlib.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir