İraqdakı İsrail casusunun etirafları yayımlandı + VİDEO

Çərşənbə axşamı 14 Noyabr 2023 - 16:11
https://az.iswnews.com/?p=28308

İsrailli casus Elizabet Surkovun yayımlanan yeni videosu onun İraq şiələri arasında ixtilaf yaratmaq üçün Mossad və CIA-da casus işlədiyini göstərir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq müqavimətinə yaxın olan media noyabrın 13-də bir müddət əvvəl İraqda yoxa çıxan İsrail casusu Elizabet Surkovun yeni videosunu dərc edib.

Surkov bu video faylda deyib: “Mən İsrail vətəndaşıyam və 37 yaşım var. İsraili tərk edib Amerikaya getdim. Mən Mossad və CIA-da işləmişəm. Mən Suriyanın şimal-şərqində İsrail ilə Suriya Demokratik Qüvvələri arasında əlaqələr qurmaq üçün çalışırdım və 2022-ci ildə oraya səfər etmişdim”.

O, daha sonra əlavə etdi: “Mən İraqda Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli bir qüvvə kimi fikir ayrılıqları məsələsi üzərində işləyirdim və İraqdakı nümayişlərin koordinasiyası (Təşreyni nümayişləri) vasitəsilə bu fikir ayrılıqlarını gücləndirirdim. Biz İraqda şiə-şiə müharibəsi yaratmaq üçün fikir ayrılıqlarını gücləndirməyə çalışırdıq. Qəzzada baş verənləri çox yaxşı izləyirəm. Uşaqların, qadınların və kişilərin öldürülməsi, xəstəxanalara edilən hücumlar da daxil olmaqla Qəzzada baş verən hadisələri gündəlik olaraq izləyirəm. Bu siyasət Qəzzada bizimlə Fələstin xalqı arasında nifrətə gətirib çıxarır və Qəzza ilə sülhə gətirib çıxarmır. Bu fəlakətə və müharibənin davam etdirilməsinə səbəb olan Netanyahunun kabinetinin axmaq idarəçiliyidir”.

Sonda o bildirib: “Qəzzada əsirlərin ailələrindən xahiş edirəm ki, bu ərazidə müharibəni dayandırmaq üçün həmişə səy göstərsinlər. Qızlarınız və oğullarınız üçün. Bu müharibə onların ölümünə səbəb olur. Mən İraqa Mossad və CIA-ya xidmət etmək üçün gəlmişəm və artıq 7 aya yaxındır ki, əsirlikdəyəm. Mən İsrailə xidmət etmişəm və düşünürəm ki, heç nə olmayıb və məni azad etmək üçün heç bir tədbir görülməyib”.

Qeyd edək ki, iyulun 5-də İsrail rejiminin baş naziri Benyamin Netanyahunun ofisi yaydığı bəyanatda İsrail əsilli rus qadının (Elizabet Surkov) İraqda Kətaib Hizbullah qüvvələri tərəfindən girov götürüldüyünü iddia etmişdi. Bəzi mənbələrə görə, bu bəyanat Mossad agentlərindən birinin şifrəli mesajına əsaslanırdı və orada deyilirdi: “Qarğa tələyə düşdü!”

Daha ətraflı: Elizabet Surkov; Tədqiqatçı yoxsa casus?! + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir