Yeni yaradılmış “Suvatu Əl-Cəzirə Əl-Ərəbiyyə” qrupu işğal altındakı Fələstinə dron hücumu edib + FOTO
“Suvatu Əl-Cəzirə Əl-Ərəbiyyə” müqavimət qrupu işğal altındakı Eylat şəhərinin Umm ər-Rəş bölgəsində İsrail mövqelərinə dron hücumu etdiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, yeni yaradılmış “Suvatu Əl-Cəzirə Əl-Ərəbiyyə” müqavimət qrupu noyabrın 11-də bəyanat yayaraq elan edib: “Bütün dünya sionist rejimin vəhşiliyi, qəddarlığı və terror hərəkətlərinin, həmçinin daim insanlıq hüquqları və qlobal təhlükəsizlik barədə danışan ABŞ və digər qərb ölkələrinin dəstəyinin şahididir”.
Bu bəyanatın davamında deyilir: “Biz “Suvatu Əl-Cəzirə Əl-Ərəbiyyə” qrupu olaraq iki dronla işğal altındakı Fələstinin cənubunda yerləşən Eylat şəhərindəki Umm ər-Rəş bölgəsini hədəf aldığımızı bildiririk. Zərbələrimiz və şillələrimiz başlayıb və Qəzzaya qarşı amansız müharibə bitənə qədər dayanmayacaq”.
Qeyd edək ki, bu, “Suvatu Əl-Cəzirə Əl-Ərəbiyyə” qrupunun ilk əməliyyat hərəkəti və bəyanatıdır. Görünür, bu qrup həm də sionist ordusunun işğal olunmuş Fələstindəki mövqelərinə hücum etmək üçün yaradılmış İraq müqavimət qruplarından biridir.
Rəy