Deyr əz-Zor əyalətində Amerikanın mövqelərinə dron hücumu olub + FOTO

Bazar ertəsi 13 Noyabr 2023 - 15:03
https://az.iswnews.com/?p=28270

Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri müqavimət qruplarının dronları ilə hücuma məruz qalıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, müqavimət qrupları Deyr əz-Zor əyalətində yerləşən Ömər neft yatağında Amerika koalisiyasının mövqelərini hədəfə alıb.

Bu hücumdan saatlar sonra İraq İslami Müqaviməti Deyr əz-Zor əyalətində Amerika işğalçılarının mövqelərinə hücumun məsuliyyətini öz üzərinə götürərkən bir bəyanat yayaraq, hücumun dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin təhlilinə əsasən, bu, son həftələrdə Ömər neft yatağındakı Amerika bazasına 10-cu hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir