Amerika qırıcı təyyarələri Suriyanın şərqindəki hədəflərə zərbələr endirib

Bazar ertəsi 13 Noyabr 2023 - 14:52
https://az.iswnews.com/?p=28267

Müqavimət qruplarının Amerika hərbi mövqelərinə qarşı hücumlarına cavab olaraq, Amerika ordusunun qırıcıları Suriyanın Deyr əz-Zor əyalətindəki hədəflərə hücum edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ Müdafiə Naziri Lloyd Austin bölgədəki Amerika bazalarına qarşı hücumlara cavab olaraq İraq və Suriya sərhədində müqavimət qruplarına aid iki qərargaha hava hücumu təşkil etdiyini açıqlayıb.

ABŞ müdafiə nazirinin bəyanatına görə, bu hücumda Əl-Bukamal və Əl-Məyadin şəhərləri yaxınlığındakı komanda idarəetmə mərkəzi və silah anbarı Amerika qırıcılarının hədəfi olub.

O əlavə edib: “Prezident Bayden bu gün bu hücumu əmr etdi ki, Amerika özünü, əsgərlərini və maraqlarını müdafiə etsin”.

Qeyd edək ki, bu, son günlər ABŞ-ın müqavimət mövqelərinə üçüncü hava hücumudur. Noyabrın 9-da səhər saatlarında Amerika qırıcıları Deyr əz-Zor vilayətində müqavimət cəbhəsinə aid mövqeləri hədəfə almışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir