İraq müqavimətinin sionist rejimə qarşı üçüncü hücumu baş tutub
İraq İslami Müqaviməti bəyanat yayaraq işğal altındakı Eylat şəhərindəki Umm ər-Rəş bölgəsində İsrail mövqelərinə hücum etdiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq İslam Müqaviməti noyabrın 12-də işğal altındakı Fələstinin cənubunda yerləşən Eylat şəhərinin Umm ər-Rəş bölgəsində İsrailin mövqelərinə hücum etdiyini açıqlayıb.
Bu bəyanatda deyilir: “Qəzza xalqına kömək və dəstək məqsədilə və qəsbkar rejimin qadın, uşaq və qocalar da daxil olmaqla Fələstin dinc sakinlərinə qarşı törətdiyi cinayətlərə cavab olaraq İraqın İslami müqavimət döyüşçüləri Eylat şəhərinin Umm əl-Rəş bölgəsindəki hədəflərə qarşı hücuma keçiblər”.
İslam Dünyası Xəbərlərinin araşdırmalarına görə, bu, son günlər İsrail mövqelərinə üçüncü müqavimət hücumudur. Noyabrın 3-də İraqın İslam müqaviməti Eylat şəhərinin Umm ər-Rəş bölgəsindəki hədəfləri hədəfə almışdı.
Rəy