İraq İslam Müqaviməti Suriyada amerikalı terrorçulara dron hücumu edib + FOTO

Şənbə 11 Noyabr 2023 - 20:26
https://az.iswnews.com/?p=28232

İraqın İslami Müqavimət Təşkilatı Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazasına dron hücumu etdiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, müqavimət qrupları noyabrın 11-də Suriyanın şərqindəki Həsəkə vilayətinin Əl-Yarubiyyə sərhəd-keçid məntəqəsindən 5 kilometr aralıda Xarab Əl-Ceer kəndində yerləşən ABŞ hərbi bazasını hədəfə alıb.

Hücumdan sonra İraq İslami Müqaviməti Həsəkədə Amerika bazasına edilən hücumun məsuliyyətini öz üzərinə götürərək bəyanat yayaraq, bu hücumun iki dronla həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin araşdırmalara görə, bu, son günlər Xarab Əl-Ceer kəndində Amerika ordusunun mövqelərinə dördüncü hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir