ABŞ-ın İraq və Suriyadakı işğalçı mövqelərinə dronlarla hücum olub + FOTO
Amerikalı işğalçıların Ərbil hava limanı və Əl-Ömər neft yatağının yaxınlığındakı mövqeləri İraq İslam Müqaviməti dronları ilə hədəfə alınıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq İslam Müqaviməti noyabrın 7-də İraqın Ərbil hava limanı yaxınlığındakı Amerika işğalçılarının mövqelərini dronlarla hədəfə alıb.
Bu hücumdan bir neçə dəqiqə sonra Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağındakı Amerika koalisiyasının mövqeləri də İraq İslam Müqavimətinin dronları ilə hədəfə alınıb.
Hələlik bu hücumların maddi və insan itkilərinin təfərrüatları açıqlanmayıb.
İslam Dünyası Xəbərlərinin təhqiqatına əsasən, bu, son günlər Əl-Ömər neft yatağındakı Amerika bazasına 9-cu, Ərbil vilayətində isə Amerikanın mövqelərinə 8-ci hücumdur.
Rəy