İraq İslam Müqaviməti tərəfindən Əl-Əqsa 1 raketinin nümayişi; Amerika bazaları darmadağın ediləcək!

Çərşənbə axşamı 7 Noyabr 2023 - 00:09
https://az.iswnews.com/?p=28146

İraq İslami Müqaviməti “Əl-Əqsa 1” adlı yeni raketi nümayiş etdirərək, bu raketdən İraq və Suriyadakı Amerika bazalarını hədəf almaq üçün istifadə etdiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın İslami müqaviməti noyabrın 6-da video yayımlayaraq “Əl-Əqsa 1” adlı yeni raketi nümayiş etdirib.

İraq İslami Müqaviməti tərəfindən yayımlanan bəyanatda deyilir: “İraqın İslami Müqaviməti, ABŞ-ın rəhbərliyi və idarəçiliyi ilə Qəzzanı işğal edən işğalçı Qüds rejiminin cinayətlərinə cavab vermə kontekstində bu gün (Bazar ertəsi) ilk dəfə olaraq orta mənzilli “Əl-Əqsa 1″ raketini təqdim etdi. Bu raket Amerikanın İraq və Suriyadakı bazalarını hədəf almaq üçün istifadə edilib”.

Qeyd edək ki, “Əl-Əqsa 1” raketi İran Silahlı Qüvvələrinin “Fateh 110” raketinə çox bənzəyir. Fateh 110 raketi 500 kq döyüş başlığı və 300 km mənzilli bərk yanacaq raketidir. Əl-Əqsa 1 və Fateh 110-un xüsusiyyətləri eyni olarsa, Amerika işğalçıları ilə müqayisədə İraqdakı müqavimət cəbhəsi hücumlarının təsir və məhvetmə diapazonu xeyli artacaq.

Bu açıqlama İraq və Suriyada müqavimət qrupları ilə amerikalı terrorçular arasında gərginliyin son aylarla müqayisədə əhəmiyyətli dərəcədə artdığı və yalnız son saatlarda İraq və Suriyadakı Amerika işğalının bir neçə bazasının İraq İslami Müqaviməti silsilə hücumlara məruz qaldığı bir vaxtda baş verdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir