İşğal olunmuş Qüdsdə İsrail əleyhinə əməliyyat; Bir polis öldürülüb + FOTO və VİDEO
İsrail polisi işğal altındakı Qüdsdə bir İsrailli qadın əsgərin öldüyünü açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 6-da bir fələstinli işğal altındakı Qüdsün köhnə məhəlləsində İsrail əsgərlərinə bıçaqla hücum edib və bu əməliyyat iki sionist əsgərin yaralanması ilə nəticələnib. Sionist rejim bu əməliyyatdan sonra Əl-Əqsa məscidinin qapılarını və Qüdsün köhnə məhəlləsinin girişlərini bağlayıb.
İsrail əsgərlərinin açdığı atəş nəticəsində əməliyyatın operatorunun şəhid olduğu bildirilir. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Sionist rejim bu əməliyyatdan bir neçə saat sonra işğal altındakı Qüdsdə bu gün səhər soyuq silahla hücumda yaralanan bir İsrail qadın əsgərinin aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişdiyini açıqlayıb.
Rəy