Qərbi Asiyadan 16.000 nəfər Rusiyaya kömək etməyə hazırdır!
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu təkcə Qərbi Asiyadan olan 16 min könüllünün Ukraynada müharibəyə getməyə və Rusiyaya kömək etməyə hazır olduqlarını bəyan etdiyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin də Ukraynaya döyüşmək üçün könüllülərin göndərilməsi barədə öz razılığı bildirib. “Əksəriyyəti Qərbi Asiya vətəndaşları olan çoxlu sayda könüllülər Donbasa kömək etməyə hazırdırlar”, – Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Mərkəzi Afrika Respublikası, Konqo, Kamerun və bəzi digər Afrika ölkələrinin hökumət qüvvələri də Ukraynada Rusiyaya kömək etməyə hazır olduqlarını elan edən video yayımlayıblar.
Putin Sergey Şoyqunun Qərbdən qənimət götürülən texnikanı Donetsk və Luqansk qüvvələrinə təhvil vermək təklifinə də razılıq verib.
Rusiya isə İran, Qazaxıstan, Azərbaycan Respublikası, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb. Qərar Avropanın hava sanksiyalarına cavab olaraq qəbul edilib.
Gözlənildiyi kimi, Ukraynada müharibə nə qədər uzun olsa, bir o qədər çox muzdlular müharibəyə cəlb olunacaq və bu, Ukraynadakı müharibəni daha uzun və mürəkkəb edəcək.
Rəy