İraq müqavimət qüvvələri Suriyadakı Amerika bazasına hücum edib
Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin dron hücumu ilə hədəfə alınıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 6-da Suriyanın Homs əyalətində yerləşən Ət-Tənəf bölgəsindəki Amerika işğalçı ordusunun hərbi bazası müqavimət qruplarının dron hücumu ilə hədəfə alınıb.
İslam Dünyası Xəbərlərinin təhlilinə əsasən, bu, son günlər Ət-Tənəfdəki Amerika bazasına beşinci dron hücumu, Suriyadakı Amerika mövqelərinə isə iyirmi altıncı hücumdur.
Xatırladaq ki, hücumdan əvvəl amerikalı terrorçuların Ərbilin şimal-şərqində yerləşən Hərir hava limanında və İraqın Əl-Ənbar vilayətində yerləşən Eyn Əl-Əsəd bazasındakı mövqeləri müqavimət qrupları tərəfindən hədəfə alınıb.
Rəy