İraqda baş verən son hadisələr, 11 Mart 2022

Cümə 11 Mart 2022 - 21:05
https://az.iswnews.com/?p=2807

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Səlahəddin əyalətinin Əl-Şərqat şəhərində Həşd əş-Şəəbi təşkilatı və İraq təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda üç İŞİD cəbhə komandiri öldürülüb.

1- Ziqar:
Martın 8-də Nasiriyyədə amerikalı işğalçıların lojistika karvanına İraq müqavimət dəstələri hücum edib.

2- Diyalə:
Martın 11-də İŞİD-in üç cəbhə komandiri Diyalə vilayətində Həşd əş-Şəəbi qüvvələri tərəfindən həbs edilib.

3- Bağdad:
Martın 10-da Bağdadın şimalındakı Tərimiyyə bölgəsində şiddətli partlayış baş verib. Partlayış nəticəsində bir neçə mülki şəxs ağır yaralanıb. Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

4- Səlahəddin:

– Martın 6-da Səlahəddin əyalətinin Əl-Şərqat şəhərində Həşd əş-Şəəbi və İraq təhlükəsizlik qüvvələri ilə qarşıdurmada İŞİD-in üç cəbhə komandiri öldürülüb.

– Martın 4-də Salahəddin əyalətində Amerika işğalçılarının lojistika karvanı müqavimət dəstələrinin hədəfinə çevrilib.

5-Neynəva:
Martın 6-da Həşd əş-Şəəbi qüvvələri Mosul ətrafında İŞİD-in sığınacaqlarını aşkar etmək və onlara qarşı mübarizə aparmaq üçün təhlükəsizlik əməliyyatına başlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir