İraq İslam Müqaviməti Suriyada Amerika terrorçularına raket zərbəsi endirib + FOTO

Cümə 3 Noyabr 2023 - 23:43
https://az.iswnews.com/?p=28024

İraq İslam Müqaviməti Suriyanın Hasəkə əyalətindəki Amerika hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, müqavimət qrupları noyabrın 3-də Suriyanın şərqindəki Hasəkə əyalətinin Əl-Yərubiyyə sərhəd-keçid məntəqəsindən 5 kilometr aralıda Xarab Əl-Cir kəndində yerləşən Amerika hərbi bazasını hədəfə alıb.

Hücumdan sonra İraq İslam Müqaviməti bəyanat yayaraq Xarab Əl-Cir kəndində Amerika hərbi bazasına raket hücumunun məsuliyyətini öz üzərinə götürüb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin təhqiqatlarına əsasən, bu, son günlər Xarab Əl-Cir kəndində Amerika ordusunun mövqelərinə üçüncü, Suriyadakı Amerika mövqelərinə isə 21-ci hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir