Qəzza və Fələstində hərbi vəziyyətlə bağlı son xəbərlər, 2 Noyabr 2023
Fələstində döyüşlərin 27-ci günündə Qəzza zolağı daxilində fələstinli döyüşçülərlə İsrail ordusu qüvvələri arasında toqquşmalar davam edib. Sionist rejim ordusu qırıcılar və kəşfiyyatçı pilotsuz təyyarələrin ağır hava örtüyü altında Qəzzə şəhərinin cənubunda Əl-Zeytun məhəlləsinin cənubunda irəliləyişini davam etdirərək Qəzza sahilindəki Əl-Rəşid prospektinə çatıb. Buna görə də Qəzza şəhərinin cənub yolları bağlanıb və Qəzza şəhərinin mühasirəsi tamamlanıb.
Qəzza şəhərinin şimalında Əl-Təvvam və Əl-Kəramə bölgələrində və Ən-Nəsr prospekti ətrafında qarşıdurmalar davam edib. Həmçinin Beyt Hanun ətrafında toqquşmalar davam edib. İsrail ordusunun bu ərazilərdə irəliləmələri çox ləng gedib.
Ümumiyyətlə, İsrail ordusunun irəliləyişlərinin əksəriyyəti aşağı sıxlıqlı və qeyri-şəhər ərazilərində olub. Rejimin Beyt Hanun və Əl-Təvvam kimi şəhər və sıx məskunlaşan ərazilərdə irəliləyişləri çətinliklə müşayiət olunub və bu ərazilərdə praktiki olaraq uğursuzluğa düçar olub. Ona görə də demək lazımdır ki, Qəzzada şəhər müharibəsi olan əsas müharibə İsrail üçün çox baha başa gələcək.
İsrailin qurudan hücumlarına paralel olaraq Qəzza zolağının müxtəlif bölgələrinin ağır bombardmanları davam edib. Fələstin Səhiyyə Nazirliyi Qəzzada şəhid olanların sayının 3826-dan çoxu uşaq, 2405-i qadın olmaqla 9257 nəfərdən çox artdığını açıqlayıb. Həmçinin, 23516-dan çox yaralı var.
Şimal cəbhəsində Hizbullahla İsrail arasında artilleriya və raket atışmaları davam edib və təmas xəttlərində konkret dəyişiklik edilməyib. Bu cəbhədə mühüm hadisə Hizbullahın kamikadze dronlardan istifadə etməsidir. Livan Hizbullahı son 27 günlük döyüşlər ərzində ilk dəfə olaraq Livanın cənubundakı İsrail mövqelərini hədəfə almaq üçün iki kamikadze pilotsuz uçan aparatdan istifadə edib. Kamidakdze pilotsuz uçan aparatların istifadəsi Livanın cənub cəbhələrində döyüş və münaqişələrin daha bir səhifəsini açacaq.
Daha ətraflı: Qəzza və Fələstində hərbi vəziyyətlə bağlı son xəbərlər, 1 Noyabr 2023
Rəy