Səudiyyə koalisiyasının qırıcı təyyarələri Səədə həbsxanasına hava zərbəsi endirib
İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Səudiyyə koalisiyasının qırıcı təyyarələri Səədə şəhərindəki həbsxanaya ağır hücumu nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb.
Səudiyyə koalisiyasının qırıcılarının Yəmənə ağır və məqsədsiz hücumlarından sonra, fevralın 22-də Səədə həbsxanası da Səudiyyə koalisiyasının bombardmanının hədəfi olub.
Səədədən verilən son məlumatlara görə, hücum zamanı 300-dən çox adam ölüb və yaralanıb. Yəmənin Səhiyyə Nazirliyinin məlumatına görə, Səudiyyə koalisiyasının Səədə şəhərindəki həbsxanaya endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 87-yə çatıb, 265-dən çox yaralı var.
Eyni zamanda Səudiyyə koalisiyasının Əl-Hudəydə və Əmran əyalətlərinə endirdiyi hava hücumu nəticəsində uşaqlar da daxil olmaqla 5 nəfərin şəhid olduğu, 19-dan çoxunun yaralandığı bildirilir.
Rəy