Rəfah keçidinin məhdud şəkildə yenidən açılması üçün Qətərin vasitəçiliyi + FOTO və VİDEO

Çərşənbə 1 Noyabr 2023 - 19:23
https://az.iswnews.com/?p=27973

Qərb mətbuatının məlumatına görə, Qətərin Həmas, Misir və sionist rejim, eləcə də ABŞ ilə danışıqları nəticəsində çoxlu sayda ikili vətəndaşlar və vəziyyəti ağır olan yaralılar Qəzza zolağının cənubunda yerləşən Rəfah sərhəd keçid məntəqəsindən çıxarılacaq.

Bu razılaşmaya görə, xarici pasportu olan 400 nəfər və ağır yaralanan 80 nəfər Qəzza zolağından çıxıb Misirə gedəcək.

Qeyd edək ki, bu razılaşmanın digər müzakirə olunmuş məsələlərlə, məsələn, Qəzza zolağında əsirlərin mübadiləsi və ya humanitar atəşkəs və s. ilə heç bir əlaqəsi yoxdur.

Qəzza zolağının cənubundakı Rəfah keçidini keçən əcnəbilər və iki vətəndaşlı fələstinlilərdən ibarət ilk qrup.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir