İsrail dronları Cenin düşərgəsindəki evə hücum edib + FOTO və VİDEO

Çərşənbə 1 Noyabr 2023 - 15:31
https://az.iswnews.com/?p=27941

İsrail ordusunun İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsindəki bir evə dronlarla hücumu nəticəsində 3 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Fələstin müqavimət qüvvələri Cenində bu gün səhər sionist rejimin hərbi buldozerini əldəqayırma bombalarla hədəfə alıb. Müqavimət qüvvələri ilə sionist hərbçilər arasında silahlı toqquşmalar dünən gecədən etibarən ara-sıra davam edib və İsrail təhlükəsizlik qüvvələri Cenində müqavimətin əsas üzvlərini həbs və ya öldürməyə çalışıb.

Daha ətraflı: İsrail ordusunun Cenin düşərgəsinə ağır hücumu + VİDEO və FOTO

İsrail dronlarının Cenin düşərgəsinə hücumu nəticəsində şəhid olanların adları və şəkilləri: Yenal Hamran, Məhəmməd Yunus Cərrar və Viam Həriri Cenin düşərgəsinin fələstinlilərindən şəhid olub.
İsrail ordusu dronlarının səhər tezdən Cenin düşərgəsinə hücumu zamanı Fələstin müqavimət qüvvələrinin üç üzvünün şəhid olması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir