İraq müqaviməti Suriyadakı Amerika bazasına hücum edib + FOTO

Çərşənbə 1 Noyabr 2023 - 15:20
https://az.iswnews.com/?p=27938

Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin pilotsuz təyyarələrinin hücumu ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, noyabrın 1-də Suriyanın Homs əyalətində yerləşən Ət-Tənəf bölgəsindəki Amerika işğalçı ordusunun hərbi bazası müqavimət qruplarının pilotsuz uçan aparatlarından hücumu ilə hədəfə alınıb.

İraq İslami Müqaviməti amerikalı terrorçuların Ət-Tənəf bölgəsindəki hərbi bazasına edilən hücumun məsuliyyətini öz üzərinə götürərkən bəyanat yayaraq, bu hücumun iki pilotsuz uçan aparat vasitəsilə həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

İslam Dünyası Xəbərlərinin təhlilinə əsasən, bu, ABŞ-ın Ət-Tənəfdəki bazasına dördüncü pilotsuz təyyarə hücumu və son günlər Suriyadakı Amerika mövqelərinə 19-cu hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir