Təkfirçilər yenidən Paraçenər şiələrinə hücum edib + FOTO
Korram Agency bölgəsinin mərkəzi olan Paraçenar şəhərinin qərb ətrafında yerləşən Ğuz Qari kəndinə gedən yolda təkfirçi silahlı qrupların şiə sərnişin maşınlarına hücumu nəticəsində azı 6 dinc sakin şəhid olub, 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.
Bu hücumdan sonra təkfirçi silahlılar Buşehra bölgəsi və ətraf kəndlərə hücum edərək son bir neçə gündə silahlı şiələrlə atışma aparıblar.
Yerli mənbələrin açıqlamalarına görə, bu hücumu “Ləşkər Cənqavi” terror qruplaşması həyata keçirib. Onların hücumlarının dəqiq səbəbi hələ müəyyən edilməyib və Pakistan mediası bu hücumların əsas səbəbi kimi “dini fərqlilikləri” adlandırıb.
Paraçenar şəhidlərindən Qasim Abbas Tori Zeynəbiyyun briqadasının üzvüdür. O, Ğuz Qari kəndindən olan xalq qüvvələrinin bir neçə üzvü ilə birlikdə təkfirçilərlə qarşıdurmada şəhid olub.
Qeyd edək ki, Korram Agency bölgəsinin təkfirçi silahlı dəstələri 2023-ci il iyulun 9-da Paraçenar şəhərinin şiələr yaşayan bölgələrinə hücum etmiş və bu pozuntu nəticəsində tərəflər arasında 5 günlük silahlı qarşıdurma baş vermişdi. Bu bölgənin mülki şiələri şəhid olmuşdular.
Daha ətraflı: Paraçenar şiələri ilə təkfirçi qəbilələr sülh bağladılar
Rəy