Yəmən ordusu İsrailə qarşı rəsmi müharibə elan etdi + VİDEO
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada, Fələstin xalqına və müqavimət qruplarına dəstək verərkən, işğal altındakı Fələstində İsrail ordusunun mövqelərinə qarşı 3 raket və pilotsuz təyyarə əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Bu bəyanatın xülasəsi belədir:
“Amerika və İsrailin Qəzza zolağına vəhşicəsinə təcavüzü qarşısında biz Allaha güvənərək və əziz Fələstin xalqının qələbəsi üçün öz borcumuzu yerinə yetirməliyik.
Bu əməliyyat (Bu gün günorta əməliyyatı) Yəmən silahlı qüvvələrinin məzlum fələstinli qardaşlarına dəstək məqsədilə həyata keçirdiyi üçüncü əməliyyatdır.
İndiyədək işğal olunmuş ərazilərdə düşmənin müxtəlif hədəflərinə çoxlu sayda ballistik raketlər, qanadlı raketlər və kamikadze pilotsuz təyyarələr atmışıq.
Biz İsrailin təcavüzü bitənə qədər raketlərimiz və pilotsuz təyyarələrimizlə daha keyfiyyətli hücumlara davam edəcəyik.
Yəmən xalqının Fələstin məsələsi ilə bağlı mövqeyi qəti və prinsipial mövqedir və Fələstin xalqının özünü müdafiə etmək və tam hüquqlarını əldə etmək hüququ vardır.
Regionda sabitliyi pozan və münaqişələrin genişlənməsinə səbəb olan sionist düşmənin Qəzza zolağı və bütün Fələstinə qarşı cinayət və qətllərini davam etdirməsidir”.
Qeyd edək ki, Yəmən ordusunun raket və dron əməliyyatları oktyabrın 19-da, 27-də və 31-də Qırmızı dənizin şimalında işğal olunmuş Fələstin və Amerika gəmilərində İsrail mövqelərinə qarşı həyata keçirilib.
Daha çox oxuyun:
Yəmənin Ənsarullah hərəkatı Eylat bölgəsində İsrail ordusunun mövqelərinə hücum edib + VİDEO
Ənsarullahın Eylatdakı İsrail mövqelərinə dron və raket hücumu
Rəy