Erezdə Fələstin müqavimət döyüşçüləri ilə İsrail əsgərləri arasında münaqişə olub + VİDEO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 23:57
https://az.iswnews.com/?p=27889

HƏMAS-ın hərbi qanadı olan Kətaib əl-Qəssam bu yaxınlarda Erez şəhərinin ətrafında öz qüvvələri ilə sionist rejim arasında baş verən toqquşmanın videosunu dərc edib.

Bu videoya əsasən, Fələstin müqavimət qüvvələri İsrailin Erez bazasının qərbində tunel qazaraq, Erez yaxınlığındakı sionist rejim ordusunun toplanma yeri və zirehli maşın və tanklarını hədəfə almağa başlayıb.

Bu videoda tunel qazmaqla yanaşı, İsrail qüvvələrinin əməliyyatdan əvvəl və əməliyyat zamanı hərəkətlərini Kətaib əl-Qəssama məxsus kəşfiyyatçı pilotsuz təyyarələrlə izləmək də maraqlı məqamdır.

Tunel qazmaq və bu cür hərəkətləri həyata keçirmək presedentdir və Fələstin müqaviməti Qəzzə zolağının ətrafında sionist rejimin mövqe və qüvvələrinə hücum etmək üçün dəfələrlə bu üsuldan istifadə edib. İsrail hərbi komandirlərinin Qəzza zolağında quru əməliyyatlarının başlaması ilə bağlı şübhə və qorxusunun əsas səbəblərindən biri də bu tunellərin mövcudluğu, Əl-Qəssam qüvvələrinin son hücumuna bənzər əməliyyatların aparılması və Qəzzanın müxtəlif bölgələrində Fələstin müqavimət tunelləri haqqında dəqiq məlumatlardır.

Daha ətraflı: Müqavimət qüvvələri İsrail ordusunun Erez bölgəsindəki bazasına hücum edib

Erezdə Fələstin müqavimət döyüşçüləri ilə İsrail əsgərləri arasında qarşıdurmanın videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir