Qəzzada və Fələstinin şimalında hərbi vəziyyətlə bağlı son xəbərlər, 30 Oktyabr 2023
Fələstində döyüşlərin başlamasının 24-cü günündə İsrail ordusunun qüvvələri Qəzza şəhərinin cənub tərəfdən və Cuhor Əd-Duk bölgəsindən Qəzza zolağına daxil olub. Yayımlanan videolara görə, İsrail tankları Qəzza şəhərini Qəzza zolağının cənub bölgələri ilə birləşdirən Səlahəddin yolunu bir neçə saat kəsməyə müvəffəq olub. Həmçinin, İsrail qüvvələri Qəzza şəhərinin cənubuna və Əl-Zitun məhəlləsinə doğru irəliləsələr də, fələstinli döyüşçülərin güclü pusqusuna məruz qalıblar. Son məlumata görə, İsrail qüvvələri adı çəkilən ərazilərdə hələ də mövcuddur və tərəflər arasında toqquşma və atışma davam edir.
Qeyd edək ki, Cuhor Əd-Duk bölgəsi çox az sıxlıqlı və seyrək məskunlaşan bölgədir və həm də müdafiə istehkamları baxımından Qəzzanın digər bölgələrinə nisbətən daha zəifdir və onu müdafiə etmək çətindir. Buna görə də İsrail ordusu Qəzza zolağına doğru ilk irəliləyiş üçün bu ərazini seçib. İsrail rejiminin bu oxda irəliləməkdə məqsədi yəqin ki, Qəzza şəhərinin cənub yollarını tamamilə kəsib bu şəhəri cənubdan mühasirəyə almaqdır.
Qəzza zolağının cənubunda İsrail ordusu Xan Yunisin cənubundakı aşağı sıxlıqlı Əl-Fuxxari bölgəsinə hücumlar həyata keçirsə də, Fələstin müqavimət döyüşçülərinin müqaviməti ilə üzləşib. Qəzza şəhərinin cənubundan fərqli olaraq, İsrail rejiminin qüvvələri bu oxda irəliləyə bilməyib və bütün hücumlar dəf edilib.
Bazar ertəsi gününün son saatlarından etibarən Qəzza zolağının şimalında və Qəzza şəhərinin şərq oxunda yerləşən Beyt Hanun və Beyt Lahia oxunda İsrail ordusunun quru hücumları intensivləşib və qarşıdurmalar davam edir.
İsrail rejiminin qırıcıları və artilleriyasının Qəzzanın müxtəlif bölgələrini ağır bombardmanları davam edir. İsrail rejimi ötən gecə Qəzza zolağında 600 nöqtəni bombaladığını açıqlayıb. Bu hücum nisbəti əvvəlki günə bənzər hücumlarla müqayisədə artıb. Fələstin Səhiyyə Nazirliyi Qəzzada şəhidlərin sayının 8 min 306 nəfəri keçdiyini, yaralananların sayının isə 21 min 48 nəfəri keçdiyini açıqlayıb. İordan çayının qərb sahilində ən azı 111 fələstinli şəhid olub, 1950-dən çox insan isə yaralanıb.
İordan çayının qərb sahilində, bazar ertəsi səhər erkən saatlarda İsrail qüvvələri Cenin düşərgəsinə hücum edərək, bu düşərgədə Fələstin müqavimət qüvvələri ilə toqquşdu. Bu toqquşmalar nəticəsində azı 3 fələstinli şəhid olub, daha 7 nəfər yaralanıb, 10-dan çox adam həbs edilib. Müqavimət qüvvələri də İsrail hərbi maşınlarının yolunda bir neçə bomba partladıb. İsrail əsgərlərinin sayı barədə məlumat yoxdur. Bu qarşıdurmalarda İsrail ordusu kəşfiyyat və hücum pilotsuz təyyarələrinin hava dəstəyinə malik olub. Hücum zamanı bu dronlar bir fələstinlinin şəhid olduğu və bir neçə nəfərin yaralandığı evi hədəfə alıb.
Şimal cəbhəsində toqquşmalar ötən günlərdə olduğu kimi artilleriya və raket zərbələri şəklində davam edib. İsrail rejiminin Qəzza zolağına qurudan daxil olmasına baxmayaraq, Hizbullah tərəfindən ciddi və konkret hər hansı bir hərəkət müşahidə olunmur. “Hizbullah” ötən günlərdə olduğu kimi, İsrail qüvvələrinin sərhəd xəttində yerləşən mövqelərini raket və ya idarə olunan raketlərlə hədəfə alıb. İsrail rejimi ordusu da dron, artilleriya atəşi və fosfor bombalarından istifadə etməklə Livanın cənubundakı kəndləri və sərhəd bölgələrini bir neçə dəfə hədəfə alıb.
Daha çox oxuyun: Qəzzada və Fələstinin şimalında hərbi vəziyyətlə bağlı son xəbərlər, 29 Oktyabr 2023
Rəy