Əfqanıstanın Anonim Sepahyan Cəbhəsi Xoqiani şəhərində Taliban qubernatorunun öldürülməsini öz üzərinə götürüb + FOTO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 22:44
https://az.iswnews.com/?p=27858

Əfqanıstanın Anonim Sepahyan Cəbhəsinin əməliyyatları nəticəsində Nanqarhar əyalətinin Xoqiani şəhərində Talibanın yeni təyin olunmuş qubernatoru Molla Məhəmməd Sənqar kimi tanınan Seyid Nur Sanqari öldürülüb.

Əfqanıstanın Anonim Sepahyan Cəbhəsi, Talibanın Qorband Pərvan şəhərində keçmiş qubernatoru Molla Məhəmməd Sənqarın bir müddət bu cəbhənin qüvvələri tərəfindən kəşfiyyat nəzarəti altında olduğunu və nəhayət, Xoqiani şəhərində bu qrupun agentləri tərəfindən öldürüldüyü barədə bəyanat yayaraq təsdiqləyib.

Taliban Əfqanıstanı ələ keçirdikdən sonra Molla Məhəmməd Sənqar Pərvan əyalətinin Qorband və Siaqard şəhərlərində Taliban hökumətinin qubernatoru vəzifəsində çalışıb və bu yaxınlarda Nanqarhar vilayətinin Xoqiani şəhərinin qubernatoru vəzifəsinə təyin edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir