Sionist rejim: Qəzza zolağından bir israilli əsir azad edildi! + VİDEO

Çərşənbə axşamı 31 Oktyabr 2023 - 17:43
https://az.iswnews.com/?p=27838

Sionist rejim ordusu və Şabak birgə bəyanatında, oktyabrın 29-da Qəzza zolağında quru əməliyyatı zamanı bir sionist əsirin azad edildiyini iddia ediblər.

Bu qadının adı “Uri Məcidiş”dir və İsrail ordusunun əsgəridir.

HƏMAS-ın siyasi ofisinin üzvü İzzət Ər-Rəşq sionist rejim ordusu tərəfindən bir israilli əsirin azad edilməsi iddiasına reaksiya olaraq bildirib: “Bu iddia ilə bağlı vurğulayırıq ki, belə bir iddianın irəli sürülməsindən məqsəd Qəzzada üç israilli əsirin sözlərini əks etdirən videonun yayılmasının sionist cəmiyyətində böyük sarsıntıya səbəb olduğu təsirlər və təzyiqləri balanslaşdırmaq idi”.

Ər-Rəşq sionistlərin iddiasının batil olduğunu vurğulayıb və bu məsələdə son qərarın müqavimətlə olacağına işarə edib. O, həmçinin əlavə edib ki, hətta İsrail cəmiyyəti də bu rejim liderlərinin bəyanatlarına inanmır.

Sionist rejimin Qəzza zolağında bir israilli əsirin azad edilməsi ilə bağlı iddiası Kətaib əl-Qəssamın Netanyahuya və bu rejim ordusuna müraciət edən üç israilli qadın əsirə qarşı etinasızlıqlarını ifadə etdiyi videonu dərc etməsindən sonra gündəmə gəlib.

Qəzza zolağındakı israilli əsirlərdən birinin sionist rejim rəhbərlərinə ünvanladığı tənqidi sözlər

Bu israilli qadının mesajının mətni belədir:

“Benyamin Netanyahu, salam, biz 23 gündür HƏMAS-ın əsirliyindəyik, dünən əsirlərin ailələri mətbuat konfransı keçirib və bilirik ki, atəşkəs elan edilməli idi və siz bizi azad etməli idiniz, bizi azad edəcəyinizə söz vermişdiniz. İndi biz sizin səbəb olduğunuz 7 oktyabr uğursuzluğuna görə sizin siyasi, təhlükəsizlik və hərbi uğursuzluğunuzdan əziyyət çəkirik, çünki orada bir əsgər belə yox idi və heç kim bizə kömək etmədi, bizi orada heç kim müdafiə etmədi, biz günahsız və sadə vətəndaşlarıq, hökumətə vergi ödəyən vətəndaşlarıq, biz indi burada əsirlikdəyik, heç bir şərt olmadan, bizi öldürürsünüz, hamımızı öldürmək istəyirsiniz? Ordunun bizi öldürməsini istəyirsən, hamını məhv etmən kifayət deyilmi? Çox sayda İsrail vətəndaşının öldürülməsi kifayət deyilmi? Bizi indi azad edin, onların (Fələstinli) vətəndaşlarını və əsirlərini azad edin, bizi azad edin, hamını azad edin, ailələrimizin yanına qayıtmaq istəyirik, indi… indi… indi.”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir