Suriyanın Deyr əz-Zor əyalətində Amerika işğalçılarının mövqelərinə hücum olub + FOTO

Bazar ertəsi 30 Oktyabr 2023 - 22:07
https://az.iswnews.com/?p=27830

Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Ömər neft yatağında və Koniko qaz qurğusunda Amerika koalisiyasının mövqeləri müqavimət qruplarının raket hücumları ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika koalisiyasının Ömər neft yatağındakı mövqeləri və Koniko qaz qurğusunda oktyabrın 30-da müqavimət qruplarının raket hücumları ilə hədəfə alınıb.

Bu hücumlardan sonra İraq İslami Müqaviməti bəyanat yayaraq Koniko qaz qurğusunda amerikalı işğalçıların mövqelərinə raket hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

İraq İslam Müqavimətinin bəyanatı

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının təhlilinə əsasən, bu, son günlər Ömər neft yatağındakı Amerika bazasına beşinci raket hücumu, Koniko qaz qurğusunda amerikalılara üçüncü, Suriyadakı Amerika mövqelərinə isə on altıncı hücumdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir